HajMaBooks

Əhli-Beyt Quranda və Hədisdə (2-ci cild)

  • Kitabın Yazarı: Ayatollah Muhammad Mohammed Reşahri ,
  • Kitabın Kateqoriyaları: Din ,
  • Səhifə Sayı: 333
  • Buraxılış İli: 2009
  • Kitabı Satan: HajMa
  • Kitabın Dili: Azərbaycan dili
Pulsuz

Tab Article

Qurani-kərim düşüncə, qanun və hikmət qaynağıdır. Quranda olan kəlamların hamısı vəhy və Allahın müqəddəs ayələridir ki, insanların həyat və məişət qanunlarını göstərmək və müəyyən etmək üçün nazil olmuşdur. Bütün müsəlmanlar bilirlər ki, bu qanunlar şəriət və həyatın bütün sahələrini əhatə edir və buna görə də onlara əməl edib, onun işığında hərəkət etmək zəruridir. Quran müxtəlif şəkillərdə Əhli-beyt (ə) haqqında bəhs etmişdir: 1. Bəzən xüsusi ifadələrlə onlardan söhbət açır və Əhli-beytin (ə) ayrı-ayrı üzvləri haqqında bəhs edilir. Buna misal olaraq «Vilayət» (Maidə/55) ayəsini qeyd etmək olar. Necə ki, Qurani-kərimdə buyurulur: «Həqiqətən, Allah, Onun Peyğəmbəri və iman gətirib namaz qılan və ruku halında zəkat verənlər, sizin ixtiyar sahiblərinizdir.» Bu ayə qarşıda deyiləcəyi kimi, həzrət Əli (ə) haqqında nazil olmuşdur. 2. Bəzən də Əhli-beytə (ə) aid olan hadisələri zikr edir və bu barədə nazil olan ayələrlə onların fəzilət və məqamlarını açıqlayır. Bununla da ümmətin diqqətini onlara cəlb edir. Məsələn, «Ali-İmran» sürəsinin 61-ci ayəsi «Mübahilə» və «Dəhr» surəsində olan «İtam» ayəsini buna misal göstərmək olar.

Rəy Bildir

 

Brand Slider

Bütün Yazarlar

Vakil Shukurov

Paul A. Offit

Caroline Foran

K.C. Dyer

Terry Pratchett

Nigel C. Benson

Alexander Stesin

Chuck Palahniuk

Martin Eriksson

Justyna Karakiewicz

Duncan Clark

John Adair