HajMaBooks

İzahlı şəriət məsələləri

  • Kitabın Yazarı: Ayətullah Əl-Uzma Seyid Əli Hüseyni Sistani ,
  • Kitabın Kateqoriyaları: Din ,
  • Səhifə Sayı: 393
  • Buraxılış İli: 2014
  • Kitabı Satan: HajMa
  • Kitabın Dili: Azərbaycan dili
Pulsuz

Tab Article

Qurani-Kərimdə buyurulur: “Allah sizlərdən iman gətirənləri ucaldar, elm verdiklərini isə qat-qat ucaldar. ” “Allahdan ancaq alim olan bəndələr qorxar. ” İmam Baqir (ə) buyurmuşdur: “Elmindən faydalanan alim yetmiş abiddən üstündür. ” Ayətullah əl-üzma Seyid Əli Hüseyni Sistani h.q. tarixi ilə 1349-cu ildə imam Rizanın (ə) şəhəri olan Xorasanda elm, təqva və zahidliyi ilə bölgənin seçilən alimlərindən biri idi. Ayətullah Sistani ərəb dili və ədəbiyyatını Xorasan vilayətinin o dövrdə yaşayan böyük və məhşur ədiblərindən olan Ustad Məhəmməd Təqi Ədibi Neyşapurinin yanında oxuyub-öyrənmişdir. O, burada “üsuli-fiqh” və “əqli e1m”lərə də kamil yiyələndikdən sonra Xorasanda “üsuli-fiqh” və “fiqh elmləri”nin ən yüksək dərslərini tədris edən mühəqqiq Mirzə Mehdi İsfahaninin dərsində iştirak edir. Sonralar təhsilini daha da təkmilləşdirmək məqsədilə h.q tarixi ilə 1368-ci ildə İranın Qum şəhərinə gəlir. Bu zaman Qumda “üsul” və “fiqh” dərslərini yüksək səviyyədə tədris edən zəmanənin böyük “mərcəi-təqlid”i Ayətullah əl-üzma Bürucerdinin dərslərindən faydalanır və müəllimin qabaqcıl və fərqli tələbələrindən birinə çevrilir. Həzrət Ayətullah Sistani Qumda Ayətullah əl-üzma Höccətin də dərslərində iştirak edib, yüksək səviyyədə faydalanır. Nəhayət, 1371-ci ildə şiə məzhəbinin ən böyük elmi mərkəzlərindən olan Nəcəf şəhərindəki görkəmli və məhşur alimlərdən faydalanmaq, həm də imam Əmirəlmöminin Əli (əleyhis-səlam)- ın mənəvi feyzindən bəhrələnmək üçün bu şəhərə köçür. O zaman bu elm mərkəzi özünün ən parlaq inkişaf dövrünü yaşayırdı. Ayətullah Sistani on ildən çox Nəcəf Elmi Hövzəsinin rəhbəri, görkəmli fəqih alim Ayətullah Xoyi, Ayətullah Həkim, həmçinin Şeyx Hüseyn Hillinin dərslərinə qatılır. Ayətullah Sistani elmi-dini mətnləri uzun illər tədris etdikdən sonra h.q ilə 1381-ci ildə şiə aləminin böyük fiqh alimi Şeyx Ənsarinin “Məkasib ” kitabını əsas götürərək fiqhin yüksək dərslərini tədris etməyə başlayır və həmin dərsləri böyük “mərcəi-təqlid” Seyid Məhəmməd Kazim Təbatəbainin “Ürvətül- vüsqa” adlı əsəri ilə davam etdirir. İndiyə qədər “Təharət”, “Səlat” və “Xüms” kitablarını sona çatdırmışdır. Ustad 1384-cü ildən etibarən yüksək “üsuli-fiqh ” elmini başlamış və 1414-cü ilə qədər bu elmin tədrisini üç dəfə əvvəldən axıra qədər təkmilləşdirmişdir. O, hələ 31 yaşında ikən Ayətullah Xoyi və Şeyx Hüseyn Hillidən ictihad təsdiqnaməsini almışdır.

Rəy Bildir

 

Brand Slider

Bütün Yazarlar

Gary E. Stroik

Rachel Caine

Alexa Riley

Kristina Pérez

Alicia Dyal

Andrey No

Federico Moccia

Jonathan Franzen

Mary Sherwin

M L Briers

Peter Mayle

Konstantin Rokossovsky