HajMaBooks

İSLAMDA ƏXLAQ

  • Kitabın Yazarı: Ayətullah Məhəmmədrza Məhdəvi Kəni ,
  • Kitabın Kateqoriyaları: Din ,
  • Səhifə Sayı: 400
  • Buraxılış İli: 2014
  • Kitabı Satan: Emil Babayev
  • Kitabın Dili: Azərbaycan dili
Pulsuz

Tab Article

Şübhəsiz, bütün insanlar xoşbəxtliyi sevir və arzulayırlar. Bu böyük səadətə nail olmaq üçün nəfsin saflaşdırılıb tərbiyələndirilməsi, yəni rəzil əxlaqi sifətləri uzaqlaşdırıb, bəyənilmiş keyfiyyətləri özündə yaratmaq gözəl bir xüsusiyyətdir. Allahın göndərdiyi peyğəmbər və övliyalar da bu yolla getmiş, haqsevərləri bu yola dəvət etmişlər. «Qurani-Kərim»də həmin mövzuya açıq-aydın işarə edilərək təkidlə buyurulur: "And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta)! Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır. Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır”. («Şəms»- 9, 8) Əlbəttə, ulu Tanrının and içməyə ehtiyacı olmasa da, bizə mətləbin zəruriliyini anlatmaq üçün bu böyük kəlamın doğruluğuna on bir dəfə and içir.(Həmin on bir and aşağıdakılardır: "And olsun günəşə və onun işığına! (günəşin qalxdığı vaxta) And olsun (günəşin) ardınca çıxan aya! And olsun (günəşi) parlaq edən gündüzə! And olsun onu (günəşi) örtən gecəyə! And olsun göyə və onu yaradana! And olsun yerə və onu döşəyənə! And olsun nəfsə və onu yaradana! (ona biçim verənə). (Necə də yeni andlar, qəribə və mənalı andlar)) Həmçinin Allah-təala «Qurani-Kərim»in başqa bir yerində sonuncu peyğəmbər Mühəmməd(s)-in göndərilməsini insanların maariflənməsi və tərbiyələndirilməsi üçün əsas səbəb hesab edərək buyurur: "(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. (Bu peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara (Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər, onlara Kitabı və hikməti (Quranı və şəriəti) öyrədər”.

Rəy Bildir

 

Brand Slider

Bütün Yazarlar

Jeffrey Eugenides

Mona Kasten

Kelly McGonigal

Unidentified author

Boris Vian

Sean Michael

Colin Barrow

Anne Machung

Ida Martin

Poul Anderson

Peter Mayle

David Foenkinos